Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində Apa.az-a istinadən verir.
Qəza nəticəsində 3 nəfər rayon sakini - 17 yaşlı Hüseyn Zeynalov, 20 yaşlı Əli Həsənov və 22 yaşlı Malik Musazadə xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.