Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 sentyabr tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Cəngan kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "VAZ-2107" markalı minik avtomobili aşıb. Nəticədə rayon sakinləri – 42 yaşlı Cabbar Həsənov və 17 yaşlı Sənan Tarverdiyev xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.