Cəlilabad rayonunda qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyul tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin motosikletə çarpılması nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.