Cəlilabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 30 yanvar tarixində Report.az-a istinadən xəbər veririk.
Qəza Ələt-Astara magistral avtomobil yolunun Cəlilabaddan keçən hissəsində baş verib. Hadisə nəticəsində Bakı şəhər sakinləri - 1964-cü il təvəllüdlü G.İskəndərova və 1991-ci il təvəllüdlü Ş.İskəndərli xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.