Cəlilabad rayonunda yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Şiləvəngə kəndi ərazisində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Mercedes” markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çarpılıb.
Nəticədə dirək zədələnib, elektrik naqilləri qırılıb və yolun hərəkət hissəsinə tökülüb.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.