Cəlilabad şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində Report.az-a istinadən verir.
Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Belə ki, yolu keçən 8 yaşlı Ərəbli Ramazan Vüqar oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.