Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 aprel tarixində Kanal15.az-a istinadən verir.
Qəza rayonun Səfa Axundov küçəsində qeydə alınıb. “VAZ-2106” markalı avtomobillə “Toyota Prius” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106” aşıb. Avtomobildə olan 2 qadın xəsarət alıb.
Zərərçəkənlər rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Araşdırma aparılır.