Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində Report.az-a istinadən verir.
Hadisə köhnə Ələt–Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 3 nəfər artıq ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfərin isə stasionar müalicəsi davam etdirilir. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.