Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 avqust tarixində Report.az-a istinadən verir.
Hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 29 yaşlı Yusif Mustafayevin idarəetdiyi motosiklet "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub. Müxtəlif bədən xəsarətləri alan motosikletçi xəstəxanaya gətirilib.
Araşdırma aparılır.