Cəlilabad rayonunda kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.
Söhbət Ocaqlı, Ağdaş və Zopun kəndlərindən gedir.
Qeyd edək ki, Ocaqlı və Ağdaş kəndlərində işlər vətəndaşların yerli bələdiyyəyə ödədikləri vergi və rüsumlardan daxil olan vəsait hesabına görülüb. Zopun kəndində isə yolların təmiri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və sakinlərin birgə təşkilatçılığı ilə həyata keçirilib.