Cəlilabadda kənddaxili yolların və küçələrin təmiri davam etdirilir. Bu haqda bu gün, 10 aprel tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
İşlər rayonun Alar kəndində təşkil olunub. Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və bir qrup kənd sakininin təşkilatçılığı ilə kənddaxili yollara qum-çınqıl materialı tökülərək təmir işləri aparılıb.