Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 sentyabr tarixində Apa.az-a istinadən verir.
Hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Söhbət Məmişov idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəfildən iritonnajlı maşını aşırıb. Sürücü hadisə yerindəcə vəfat edib. Onun meyiti avtomobildən çıxarılıb.
İlkin məlumata görə, sürücü yük maşını aşmamışdan öncə ürəktutmadan vəfat edib.
Faktla bağlı araşdırma aparılır.