Cəlilabadın Mikayıllı bələdiyyəsi kənddaxili yolların təmirini davam etdirir.
Cənublu.az-ın Cəlilabad Rayon İcra Hakimiyyətinə istinadən verdiyi məlumata görə, vətəndaşların Mikayıllı bələdiyyəsinə ödənilən vergi və rüsumlardan əldə edilən vəsait hesabına, Mikayıllı kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılır.
