Cəlilabad rayonunda bir gün ərzində baş vermiş qəzalarda iki nəfər xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində Bizim.media-ya istinadən verir.
Belə ki, qəzalar nəticəsində rayon sakini, 24 yaşlı Orxan Kazımov və 13 yaşlı F. Mirzəyeva xəsarət alıblar.
Hər iki yaralı rayon xəstəxanasına aparılıb.
Faktlarla bağlı araşdırma aparılır.