Cəlilabadda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 yanvar tarixində Apa.az-a istinadən verir.
Hadisə Cəlilabad - Yardımlı magistralında, rayonun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı minik avtomobili ilə "VAZ-21011" toqquşub. Qəza nəticəsində 4 nəfər rayon sakini - 76 yaşlı Püstəxanım Məmmədova, 42 yaşlı Kamil Mirələmov, 19 yaşlı Abidin Baloğlanov, 21 yaşlı Röyal Ağaquliyev və 47 yaşlı Yasər Məmmədov xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.