Cəlilabadda Abazallı kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.
Cenublu.az Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasına istinadən xəbər verir ki, işlər vətəndaşlar tərəfindən Təklə bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına həyata keçirilib.