Cəlilabad rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 30 iyun tarixində Cenublu.az Report-a istinadən xəbər verir.
Hadisə nəticəsində rayon sakini, 4 yaşlı N.Q. xəsarət alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralıya sol baldır sümüklərinin yerdəyişən sınığı, alının sıyrığı və sol çiyinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.