Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 fevral tarixində Report.az-a istinadən verir.
Hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb. N.Ağayev idarə etdiyi "Honda" markalı minik avtomobili ilə rayon sakini, 9 yaşlı Z. Abbasovanı vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan azyaşlını yerli xəstəxanaya çatdırıb.
Araşdırma aparılır.