Cəlilabad rayonunda baş vermiş qəza nəticəsində sürücü xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün 14 dekabr tarixində Report.az-a istinadən verir.
20 yaşlı Orxan Ələkbərlinin idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çarpılıb.
Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğuna görə o, Bakıda yerləşən xəstəxanaya gətirilib. Burada ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Araşdırma aparılır.