Cəlilabadda zəncirvari qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 aprel tarixində Bizim.media-ya istinadən verir.
Hadisə köhnə Ələt–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Bura təcili yardım briqadası və dövlət yol polis xidmətinin müvafiq bölməsi cəlb olunub.
Belə ki, 3 avtomobilin toqquşması nəticəsində mikroavtobus qismən, “Passat” avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb. Bir nəfər isə yüngül xəsarət alıb. O, ambulator müalicəyə götürülüb.
Hadisənin baş verdiyi yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.