Cəlilabadda kəndə yol infrastrukturu salınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 yanvar tarixində Cəlilabad rayon İcra Hakimiyyətinə istinadən verir.
Sözügedən işlər rayonun Şatırlı kəndində aparılıb. Buradakı yollara çınqıl materialı tökülərək təmir işləri görülüb.
Qeyd edək ki, təşəbbüs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və sakinlərin birgə təşkilatçılığı ilə həyata keçirilib.