Neftçalada Cəlilabaddan olan iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində Report.az-a istinadən verir.
Belə ki, rayonun Qaravəlli kəndi ərazisində “Ford” və “Kia” markalı avtomobillər toqquşub. Nəticədə Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri – 29 yaşlı İslam Fərhadov və 26 yaşlı Vahid Yağnəliyev həlak olublar.
Qeyd edək ki, qəza nəticəsində, həmçinin Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri – 67 yaşlı Loğman Bayramov və 42 yaşlı Habil Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.