Cəlilabad rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində kənddaxili yolların və küçələrin təmiri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində verir.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və bir qrup kənd sakininin təşkilatçılığı ilə Şiləvəngə, Abışabad və Adnalı kəndlərində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.