Cəlilabadda baş vermiş yol qəzasında üç nəfər xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində Apa.az-a istinadən verir.
Hadisə rayonun Qarazəncir kəndi ərazisində baş verib. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 19 yaşlı Rəvan Babayev, 30 yaşlı Ramiz İbayev və 18 yaşlı Sahil Əhmədov xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.