Cəlilabad rayonu Göytəpə bələdiyyəsi tərəfindən şəhərdaxili küçələrin təmiri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 dekabr tarixində verir.
Vətəndaşlar tərəfindən Göytəpə bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Göytəpə şəhərində şəhid Akif Xanışov küçəsinə, həmçinin müharibə əlilləri və iştirakçılarının yaşadıqları küçələrə çınqıl materialı tökülüb və xüsusi texnika vasitəsilə hamarlanaraq təmir işləri aparılıb.