Cəlilabadda yolu keçən ahıl kişini maşın vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində APA-ya istinadən verir.
32 yaşlı Ramin Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Yağub Əliyevi vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.
Yolu keçən 80 yaşlı piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.