top
Bu gün cəlilabadlı yazıçı Zakir Sadatlının xatirəsi anılır
05 fevral 2026, 10:01
- ↺ +

Bu gün cəlilabadlı yazıçı Zakir Sadatlının xatirəsi anılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zakir Sadatlı kimi tanınan Zakir Əmin oğlu Aslanov 1961-ci il mayın 15-də Cəlilabadın Sadatlı kəndində anadan olub. O, 1978-ci ildə Privolnoye kənd orta məktəbini bitirib. Sadatlı 1979-1981-ci illərdə hərbi xidmətini Əfqanıstanda yerinə yetirib. Zakir Sadatlı 1983-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə o, 1987-ci ildən Bakının 1 saylı şəhər orta məktəbində müəllim işləməklə başlayıb.

Sadatlı 1990-1993-cü illərdə Birinci Qarabağ müharibəsindəki döyüşlərdə ön cəbhədə vuruşub.

O, 1993-cü ildən "AzTV" QSCnin "Hərbi vətənpərvərlik və salnamə" redaksiyasının redaktoru vəzifəsində, 2010-2013-cü illərdə indiki "Radio Respublika"da çalışıb. Sadatlı 20-dən artıq sənədli filmin və verilişlərin ssenari müəllifi olub.

Zakir Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə mətbuatda çıxış edib. Onun ilk mətbu şeirləri olan "Karvan", "Kamillik məsafəsi", "Dəşti" Cəlilabadın "Yeni gün" qəzetində dərc olunub. Bundan əlavə, yazıçı "Əfqanıstan uçurumu", "İraq olsun", "Salam, baça" və digər əsərlərin müəllifidir.

2008-ci ildə Sadatlının "Salam, baça" hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində UNESCO-nun 24 türkdilli ölkənin yazarları arasında keçirdiyi müsabiqədə 1574 əsər içində üç qalibdən biri olub.

2013-cü ildə Sadatlının "Əfqanıstan uçurumu" adlı xatirə-romanı nəşr edilib. Bu əsər Azərbaycan ədəbiyyatında ən böyük ədəbi-bədii layihə olan "Milli Kitab Mükafatı"nın qalibi olub.

Zakir Sadatlının əsərləri və şeirləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox mətbuat orqanlarında nəşr edilib.

Zakir Sadatlı 5 fevral 2013-cü ildə vəfat edib və Sadatlı kəndində dəfn edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
06 noyabr 2026, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
06 noyabr 2026, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
06 noyabr 2026, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

Oxşar xəbərlər