Bu gün, 19 iyun tarixində Cəlilabad rayonunun 22 yaşayış məntəqəsində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyun tarixində verir.
Belə ki, “Günəşli” ölçü qovşağından qidalanan yeraltı ortatəzyiqli kəmərlərinin kipliyə sınaq edilməsi ilə əlaqədar 10.740 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq. Qazın verilişi saat 09:30 radələrindən görüləcək işlər başa çatanadək dayandırılacaq.
Abonentlərdən diqqətli olmaları xahiş olunur.