Bir müddət öncə Lənkəran şəhəri, Koroğlu və Mir Mustafa xan küçələrinin kəsişməsindəki ara küçədə yerləşən piyada yolunun çökməsi barədə məlumat vermişdik.
Məsələ dərhal aidiyyəti qurum tərəfindən həll olunub. Əlavə olaraq, Lənkəran şəhər Kommunal Xidmətlər İdarəsindən bildirildi ki, sözügedən ərazidə iritonnajlı yük maşınlarının kanalın üzərinə çıxması nəticəsində beton plitə çökür.
Qısa bir müddət keçməsinə baxmayaraq, qeyd olunan piyada yolu yenidən çökməyə başlayıb. Sakinlər bildirirlər ki, iritonnajlı avtomobillərin keçməməsi üçün bura bir səth yerləşdirmək məqsədəuyğun olar.