Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Report məlumat verir ki, hadisə Ələt-Astara magistralının 99-cu kilometrliyində qeydə alınıb. Gülnar Abdullayevanın idarə etdiyi “Hyundai-Sonata” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza zamanı sürücü, onun 3 övladı və qohumu (qadın) xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.