Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumat verilib.
Məlumata əsasən, “Astara” gömrük postunda 240, “Biləsuvar” gömrük postunda isə 130 yük maşını var.
Qeyd edək ki, hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” sərhəd-buraxılış məntəqəsində müşahidə edilir.