Masallıda avtomobilin vurduğu velosipedçi vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində Apa.az-a istinadən verir.
Hadisə 23 mart tarixində baş verib. 68 yaşlı Nəsirov Bayraməli Çıraq oğlu idarə etdiyi “VAZ-21013” markalı avtomobillə velosipedlə hərəkətdə olan 55 yaşlı Ağayev Zaid Oruc oğlunu vurub.
Velosipedçi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Zaid Ağayev ötən gün dünyasını dəyişib.