Astara rayonunun Təngərüd kəndində yolların asfaltlanması işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyun tarixində verir.
Əraziyə canlı qüvvə və xüsusi texnika cəlb olunub. Aidiyyəti qurumun əməkdaşları tərəfindən kənddaxili yola yeni asfalt örtüyü döşənir. Təmir işləri 2-3 gün davam edəcək.