Astara rayonu, Səməd Vurğun adına Təngərüd kənd məktəbinin qarşısında olan piyada keçidi silinib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində verir.
Belə ki, məktəblərin açılmasını nəzərə alaraq, bu hal valideynlərin hər gün məktəbə gedib-gələn uşaqları üçün təhlükə yaradır.
Onlar piyada keçidi zolağının yenilənməsini və piyada keçidi nişanının qoyulmasını istəyirlər.