Astara rayonunun Şiyəkəran kəndinin sakinləri illərdir yol sarıdan çətinlik çəkirlər. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 fevral tarixində verir.
Sakinlər deyirlər ki, yayda toz-dumandan, qışda isə palçıqdan bu yollar keçilməz halda olur. Yolların bərbad vəziyyətdə olması sakinlərin həyatlarını çətinləşdirib. Onlar iddia edirlər ki, bu küçəyə nə taksi, nə də təcili tibbi yardım maşını gəlir.
“Ümid edirik ki, aidiyyəti qurumlar səsimizi eşidər və kəndimizin yollarını təmir edər”, – deyə sakinlər bildiriblər.