top
Astaranın Şahağacı kəndində torpaq sürüşməsi intensivləşib
17 noyabr 2023, 05:17
- ↺ +

Astaranın Şahağacı kəndində torpaq sürüşməsi intensivləşib

Astara rayonunun Şahağacı kəndində intensivləşən torpaq sürüşməsi 50-yə yaxın ev üçün təhlükəli vəziyyət yaradıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində Apa.az-a istinadən verir.

Belə ki, sel və daşqınlar zamanı ərazidən keçən Pensərçay torpaq qatını yuduğundan çay sahilinin evlərlə məsafəsi azalıb. Pensərçay sağ və sol sahillərinə doğru 20-25 metr genişlənib. Sakinlər deyirlər ki, yol daraldığından iritonnajlı yük maşınları yoldan keçə bilmir. Əraziyə çağırılan təcili yardım maşınları isə uzaqda saxlamağa məcbur olur.

Torpaq sürüşməsi vətəndaşların həyətyanı sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Sürüşmə 20 metr enliyində, 50 metr uzunluğunda torpaq qatını uçuraraq kənd sakinləri Səfail İbadov, Möhsün Möhsümov və digərlərinin həyətyanı sahələrindəki hamam-ayaqyolunu, 50-yə yaxın sitrus, eləcə də digər meyvə ağaclarını aparıb.

İndi sakinləri narahat edən odur ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yarana bilər və 50-yə yaxın ailə yaşadıqları evləri tərk etmək məcburiyyətində qalacaq.

Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov münasibət bildirib: “7 evə gedən yol tamamilə yuyulub. Gediş-gəliş üçün məhdudiyyətlər yaranıb. Baş verən təbii fəlakətlə bağlı dərhal rayon İcra Hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmin yerlərə baxış keçirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına müraciət olunub. Onların əməkdaşları gəlib yerlərdə baxış keçirib və aktlaşdırıblar. Ərazidə bəndləşmə işləri ilə bağlı müəyyən tapşırıqların verilməsi müzakirə olunub”.

Qeyd edək ki, ilin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub.

Son xəbərlər

Faydalı
Bu gün, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
Dünən, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
Dünən, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
Dünən, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
Dünən, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
Dünən, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
Dünən, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
Dünən, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
Dünən, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Dünən, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
24 sentyabr 2026, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
24 sentyabr 2026, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
24 sentyabr 2026, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
24 sentyabr 2026, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
24 sentyabr 2026, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
24 sentyabr 2026, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
24 sentyabr 2026, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
24 sentyabr 2026, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
24 sentyabr 2026, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
24 sentyabr 2026, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
24 sentyabr 2026, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Oxşar xəbərlər