Astara şəhərinin mərkəzi küçələrində yerləşən piyada səkilərinin təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 avqust tarixində verir.
Belə ki, şəhərin Heydər Əliyev prospekti, Həzi Aslanov və Mirzə Cəbiyev küçələrində yerləşən piyada səkilərinin tametləri qırılıb. Sakinlər bildirirlər ki, piyada səkilərinin belə vəziyyəti şəhərin ümumi görünüşünə xələl gətirir.