Astara şəhəri, Heydər Əliyev prospektinin bir neçə hissəsində piyada keçidi zolaqları yenilənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 sentyabr tarixində verir.
Belə ki, Astara Pedaqoji Kollecinin qarşısına piyada keçidi zolağı çəkilib və piyada keçidi nişanı yerləşdirilib. Lakin şəhər 5 saylı məktəbinin qarşısındakı piyada zolağı yenilənsə də, piyada keçidi nişanı yerləşdirilməyib.