Astarada bulvarın çıxışına aparan yolun asfalt örtüyü yoxdur. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində verir.
Belə ki, Ziya Bünyadov və Nizami küçələrinin arasındakı yolun örtüyü yoxdur. Sakinlər bildirirlər ki, payız-qış fəslində asfalt örtüyünün olmaması onların gediş-gəlişini müşkülə salır.
Vətəndaşlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemləri hələ də həll olunmayıb.