Astaranın Sərək kəndində yol örtüyündə çuxurlar əmələ gəlib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində verir.
Sakinlərin sözlərinə görə, artıq neçə vaxtdır ki, avtomobil yolu baxımsız vəziyyətdə qalıb. Nəticədə yaranan çuxurlar sürücülərə təhlükə yaradır və nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olur.