Şəkildə gördükləriniz Şiyəkəran kənd sakini, 31 yaşlı Mirzəmməd Əliyev, onun həyat yoldaşı, Cəlilabad rayon sakini, 22 yaşlı Fərqanə Əliyeva və onların 3 yaşlı uşaqları Gülxanım Əliyevadır.
Onlar 4 gün öncə Astara rayonunun Ərçivan qəsəbəsində baş vermiş qəzada yanaraq dünyalarını dəyişiblər.
Son 1 həftə ərzində ard-arda baş vermiş qəzalar izləyicilərimizi və bütün ictimaiyyəti dərindən sarsıdıb.
Əziz izləyicilərimiz, yollarda ehtiyatlı olun. Bir anlıq diqqətsizlik sizin və yaxınlarınızın faciəsi ilə bitə bilər. Unutmayın, yolunuzu gözləyənlər var.
Allah rəhmət eləsin!
[caption id="attachment_57075" align="alignnone" width="336"]
Foto Cenublu.az[/caption]