Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 sentyabr tarixində Report.az-a istinadən verir.
Belə ki, 31 yaşlı Məmmədli Ramil Nəqdəli oğlunun idarə etdiyi velosiped avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan R.Məmmədli təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.