Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir.
Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir.
“Bu yolu yalnız hündür avtomobillə gəlmək olur. Hamının şəxsi avtomobili yoxdur. Ona görə də çoxumuz gedib-gəlməkdə çətinlik çəkirik. Aidiyyəti qurumlardan xahiş edirik, məsələni həll etsinlər”, - deyə kənd sakinləri bildiriblər.