Astarada baş verən qəzada moped sürücüsü dünyasını səyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyul tarixində Apa.az-a istinadən verir.
Hadisə rayonun Deqədi kəndi ərazisində qeydə alınıb. Sərxan Məlikovun idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsi Seləkəran kənd sakini Ruslan Əliyevin idarə etdiyi mopedlə toqquşub.
Nəticədə mopedin sürücüsü R.Əliyev ölüb.
Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.