Astarada olümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 yanvar tarixində Report.az-a istinadən verir.
Qəza Qamışoba kəndində qeydə alınıb. "VAZ-2106" markalı avtomobil yolu keçən Çəmənli kənd sakini, 5 yaşlı F.Nəzərovanı vurub. Sürücü zərərçəkəni xəstəxanaya aparmağa çalışıb. Lakin uşaq xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.