Astara şəhərinin Ziya Bünyadov küçəsində piyadalar üçün təhlükə yaşanır. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Belə ki, Astara bulvarına gedən yol boyunca silinmiş piyada zolaqları və piyada keçidi nişanının olmaması sürücülərin bəzilərinin piyadalara yol verməməsi ilə nəticələnir.
“Yayın gəlişi ilə bu yolda gediş-gəliş çoxalır. Piyada zolağının və nişanın olmaması onlar üçün təhlükə yaradır. Bu səbəbdən də aidiyyəti qurumlardan xahiş edirik, məsələyə nəzər salsınlar”, - deyə sakinlər bildiriblər.