Astarada xəsarətlə nəticələnən yol qəzası baş verib.
Unikal xəbər verir ki, hadisə Ərçivan qəsəbəsində qeydə alınıb. "VAZ-2106" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə "VAZ-2106"da olan Səncərədi kənd sakini, 22 yaşlı Dinar Hacızadə xəsarət alıb. O, Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.