Astarada yaşayış məntəqəsinin yaxınlığı zibilliyə çevrilib. Bu haqda bu gün, 12 aprel tarixində Cenublu.az xəbər verir.
Sözügedən görüntü dəmir yolu stansiyasının yaxınlığında müşahidə edilib. Sakinlər həm ərazidə yaranan görüntüdən, həm də üfunət qoxusundan narazıdırlar. Onlar bildirirlər ki, evlərinin yaxınlığında yaranan zibillik onların sağlamlığına pis təsir edir.