Astara şəhəri, Rafiq Məmmədov küçəsində piyada keçidinin silinməsi və “piyada keçidi” nişanının olmaması sakinləri təhlükəyə atır. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.
Belə ki, Astara şəhər 1 saylı tam orta məktəbinin yanında yerləşən piyada keçidindən gün ərzində yüzlərlə şagird istifadə edir.
“Bunları nəzərə alaraq, xahiş edirik aidiyyəti qurumlardan, zolağı yeniləyib əraziyə “piyada keçidi” nişanı qoysunlar”, – deyə sakinlər bildiriblər.