Astara rayonunun Kijəbə qəsəbəsində yerləşən su anbarının ətrafı zibil poliqonuna çevrilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində verir.
“Plotina” adlandırılan anbarın ətrafı məişət tullantıları ilə dolub və ərazidə antisanitariya hökm sürür.
Sakinlər aidiyyəti qurumlardan məsələnin nəzarətə götürülməsini xahiş edirlər.
Xatırladaq ki, daha əvvəl də analoji məsələ barədə məlumat vermişdik.